Neçə yaşın var, deputat?

// Ən gənc və ən yaşı deputatlar hansı ölkələrdədir

   Neçə yaşın var, deputat?
  13 Oktyabr 2024    Oxunub:486
Dünya ölkələrində deputatların orta yaşı neçədir? Ən yaşlı və ən gənc deputatlar hansı dövlətlərdədirlər? Bunu Milli Parlamentlərin Qlobal Məlumat Bazasından ( Parline ) öyrənmək olar.
Saytda xüsusi cədvələ yerləşdirilmiş məlumatlardan aydın olur ki, ən yaşlı deputatlar Böyük Britaniyadadırlar. Orada parlamentarilərin orta yaxşı 70-dir. İlk beşlikdə sonrakı yerlərdə Kamboca (66,5), İordaniya (66,16), Kanada (65,85), Tayland (64,92) gəlirlər. ABŞ -də konqresmenlərin orta yaşı 64-dür.

Ən gənc deputatlar isə Efiopiya (40,46), Türkmənistan (40,8), Ermənistan (41,7), Qambiya (43,05) və Butandadır (43,74).

Yaşı 30-dan aşağı olan deputatların sayına görə Norveç (13.6%) və Türkmənistan (13.7%) dünya üzrə ilk yerlərdə gəlirlər.

Bu xəritədə isə deputatların yaşı vizuallaşdırılıb:


Azərbaycanda bu il keçirilən növbədənkənar parlament seçkilərindən sonra deputatların yaşı ilə bağlı yeni məlumatlar hələ sayta yerləşdirilməyib.

Tariyel Həsənov
AzVision.az


Teqlər: Statistika   Parlament   Deputat  





Xəbər lenti