Kennedi sovet casusu ilə cinsi əlaqəyə görə öldürülüb - YENİ İDDİA

   Kennedi sovet casusu ilə cinsi əlaqəyə görə öldürülüb    - YENİ İDDİA
  23 Aprel 2025    Oxunub:532
ABŞ prezidenti Con Kennedinin öldürülməsinə dair yeni ilginc səbəb ortaya çıxıb.
Bu barədə xarici KİV məlumat yayıb. Tarixçi və ABŞ Hərbi Hava Qüvvələrinin təqaüddə olan kəşfiyyatçı mayoru Ralf Qanis iddia edib ki, Kennedini elə özünün etibarlı adamları aradan götürüblər. O, “Radar Online” nəşrində yazıb ki, keçmiş prezident sovet casusu ilə cinsi əlaqədə olduğu üçün öldürülüb.

Kennedinin qızı əmisi oğluna qarşı çıxdı: "Yırtıcı və ikiüzlüdür!"- VİDEO
"Vəziyyət elə həddə çatırdı ki, Kennedinin bir rus fahişəsi ilə münasibətdə olması artıq sirr sayılmayacaqdı", - Qanis deyib.

O qeyd edib ki, əgər iddia olunan cinsi əlaqəyə dair detallar cəmiyyətə daha geniş şəkildə məlum olsaydı, bu, ABŞ hökumətinin sözün həqiqi mənasında süqutuna səbəb olacaq böyük siyasi qalmaqalı başlada bilərdi. Qanisin sözlərinə görə, sui-qəsdlə bağlı bu versiya Federal Təhlükəsizlik Bürosunun (FTB) Amerika liderinin öldürülməsi işi ilə bağlı dərc etdiyi sənədlərlə də təsdiqlənir.

Xatırladaq ki, ötən ay ABŞ Milli Arxivi prezident Con Kennedi, onun qardaşı Robert Kennedi və mülki hüquqlar üzrə lider Martin Lüter Kinqə qarşı sui-qəsd cəhdləri ilə bağlı məxfi sənədləri açıqlayıb.

Con Kennedi 1963-cü il noyabrın 22-də yerli vaxtla saat 12:30-da Dallasda qətlə yetirilib. İndiyə qədər “əsrin cinayəti” adlanan bu insident ilə bağlı çoxlu versiyalar və fikirlər səsləndirilir. Ameri­kalıların 70 faizi C.Kennedinin qətli ilə əlaqədar rəsmi açıqlama­lara inanmır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Kennedi   ABŞ  





Xəbər lenti