"İzvestiya"nın yaydığı
məlumata görə, o bəyan edib ki, Almaniya hakimiyyətinin Berlindəki Rusiya səfirinin Qələbə Gününü qeyd etməsinə mane olmaq planları rusofobiya və neonasizmdən xəbər verir.
“Bu cür təlimatları hazırlayan Almaniya Xarici İşlər Nazirliyi rusofobiyanın çirkinliyini və nasizm əlamətlərini üzə çıxararaq, sözün həqiqi mənasında özünü ifşa etdi”, - diplomat vurğulayıb. Qeyd edək ki, Almaniyanın Xarici İşlər Nazirliyi ölkədə Böyük Vətən Müharibəsinə dair tarixi Qələbə gününün qeyd edilməsi zamanı məhdudiyyətlərlə bağlı göstərişlər verib.
Bundan əvvəl Zaxarova Telegram kanalında Almaniyanın növbəti kansleri Fridrix Merzə
söz atmışdı. O, istehza ilə sual edib ki, Merz ölkəsinin Avropada və dünyada yenidən bəzi məsuliyyəti öz üzərinə götürmək niyyətində olduğunu bəyan edərkən hansı tarixi dövrə qayıtmaq niyyətindədir.
Tural Tağıyev
AzVision.az