Almaniya İsraili silahlandırır

   Almaniya İsraili silahlandırır
  19 İyun 2025    Oxunub:1134
Kansler Fridrix Mertsin rəhbərlik etdiyi yeni Almaniya hökuməti vəzifəyə gəldikdən sonra İsrailə təxminən 4 milyon avro dəyərində silah ixracını təsdiqləyib.
AzVision.az xəbər verir ki, Almaniyanın İqtisadiyyat nazirliyinin deputat sorğusuna cavabına istinad edən “DPA” agentliyi belə məlumat yayıb.

Nazirliyin cavabına əsasən, mayın 7-dən iyunun 10-dək Almaniyanın İsrailə 3,986 milyon avro məbləğində silah tədarük etməsinə icazə verilib.

Zaxarova kanslerin "çirkin işini" sərt tənqid edib
“Son zamanlar ilk dəfədri ki, Almaniya hökuməti yəhudi dövlətinə silah ixracının həcmi ilə bağlı rəqəmləri açıqlayıb. Nazirlər Kabineti əvvəllər məxfiliyi əsas gətirərək bu cür məlumatları dərc etməkdən boyun qaçırmışdı”, - məlumatda deyilir.

Bununla belə, Qəzza zolağında baş verən hadisələr və münaqişənin kəskinləşməsi fonunda Almaniyada İsrailə silah embarqosu tətbiqinə çağırışları artır.

Xatırladaq ki, bundan əvvəl Rusiyanın Xarici İşlər nazirliyinin sözçüsü Mariya Zaxarova Almaniyanın kansleri Fridrix Mertsin İsrailin İrana zərbələrini müsbət hal kimi qiymətləndirməsini kəskin şəkildə tənqid edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Almaniya   İsrail   silah  



Xəbər lenti