Braziliyada prezident seçkiləri keçirilir

Braziliyada prezident seçkiləri keçirilir
  05 Oktyabr 2014    Oxunub:1459
Bu gün Braziliyada prezident seçkiləri keçirilir.
Dövlət başçısı vəzifəsinə namizədlər arasında hazırkı prezident Dilma Russeff və onun əsass rəqibləri Sosialist Partiyasında ölkənin sabiq ətraf-mühit naziri Marina Silva və Sosial-demokrat Partiyasından Esio Neves var.

İctimaiyyət arasında keçirilən rəy sorğusu hazırkı iqtidar Fəhlə Partiyasının sədri Dilma Russefin seçkilərdə qalib gələcəyini göstərir. Onun ən güclü rəqibi isə, Marina Silvadır. Silvanın da ölkədə tərəfdarı az deyil. Belə ki, namizədlər səsvermə nəticəsində müəyyən olunmuş 50 faizlik səs həddini keçə bilməzsə, hər iki tərəf ikinci mərhələdə mübarizə aparacaq.

Seçkilərlə əlaqədar ölkənin təhlükəsizlik xidməti gücləndirilib. Əsasən, bir qədər əvvəl silahlı qarşıdurmalarla yadda qalan Rio de Janeyro şəhərinə stabilliyin qorunması üçün əlavə hərbi qüvvələr cəlb olunub.

Seçkilərə 143 milyon seçicinin qatılacağı proqnozlaşdırılır.

Seçki ərəfəsində ölkənin ali seçki komissiyası elektron səsvermə sisteminin xaker hücumlarına məruz qala biləcəyi barədə xəbərdarlıq edib. Komitə rəhbərliyi xakerlərin müntəzəm olaraq sistemə hücum etdiyini etiraf edib. Lakin, məlumata görə, heç bir xaker sistemə daxil ola bilməyib. (Anspress)


Teqlər:  





Xəbər lenti