Yük və sərnişin daşınması artıb

Yük və sərnişin daşınması artıb
  06 Oktyabr 2014    Oxunub:1468
Azərbaycanın nəqliyyat sektorunda daşımaların həcminə görə ən böyük paya malik avtomobil nəqliyyatı ilə yanvar-avqust aylarında 85,5 milyon ton yük, 1 milyard sərnişin daşınıb. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,7 və 5,2 faiz artım qeydə alınıb.

Dövlət Statistika Komitəsindən Azision.az-a verilən məlumata görə, sərnişinlərin 96,3 faizi avtobus, 3,7 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 2,8 faiz, sərnişin dövriyyəsi isə 5,9 faiz artıb.

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı isə 3,6 faiz artaraq 138,7 milyon nəfər olub.


Teqlər:  





Xəbər lenti