İtən təyyarənin axtarışları yenidən başladı
Xatırladaq ki, martın 8-də Malayziya Hava Yollarına məxsus Kuala-Lumpur-Pekin marşrutu üzrə hərəkət edən Boeing-777 sərnişin təyyarəsi Hind okeanı üzərində yoxa çıxıb. Təyyarənin göyərtəsində 227 sərnişin və 12 heyət üzvü olub.
Malayziya hökumətinin ehtimallarına görə, Kuala-Lumpurdan qalxdıqdan bir saat sonra təyyarə uçuş istiqamətini dəyişib və radarların ekranlarından itib. Təyyarənin Hind okeanına düşdüyü güman olunur.
İtmiş təyyarənin qalıqlarının axtarışı hələ ki, heç bir nəticə verməyib