1000 manat kredit üçün 750 maat maaş olmalıdır
Bundan əlavə kredit götürən və zamin şəxs mütləq Bakı qeydiyyatında olmalı, onların əmək haqları stabil və yüksək olmaldır.
Kredit şərtlərinin çətinləşdirilməsi bankları müştəri çatışmazlığı ilə üz-üzə qoyub.
Bank üzrə ekspert Əkrəm Həsənov AzVision.az-a açıqlamasında yerli sakinlərin bununla bağlı dəfələrlə ona müraciət etdiyini deyib. İqtisadçının fikrincə, qanunda bankın müştəridən maaş tələb etməsi öz əksini tapmasa da, banklar bu sahədə müstəqildirlər:
“Təbii ki, son proseslər, banklarla əhali arasındakı kredit qalmaqalları bankların işini ehtiyyatlı tutmasına gətirib çıxardı. İndi banklar növbəti dəfə belə hadisə ilə qarşılaşacaqlarından qorxurlar. Odur ki, maaş tələb etməkləri də normal qarşılanmalıdır. Amma burada maraqlı məqamlar var. Bank müştəriyə kredit verəndə vətəndaş aylıq gəlirinin müəyyən hissəsini banka ödədikdən sonra müəyyən hissəsi özündə qalmalıdır və bu, bir aylıq dolanışığına kifayət etməlidir. Əgər bu məbləğ ona yetmirsə, deməli bank üçün təhlükəyə çevrilə bilər”.
Ə.Həsənov qeyd edib ki, banklar risklərini özləri qiymətləndirdiyindən belə tələblər qoymaqda sərbəstdirlər. Amma konkret olaraq aylıq 750 manatlıq gəlir göstərilməsi absurddur.
Gültəkin Ələsgər
AzVision.az