İcra başçısının polis qardaşı işdən çıxarıldı

İcra başçısının polis qardaşı işdən çıxarıldı
  26 İyul 2016    Oxunub:29438
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Beyləqan rayon Polis Şöbəsində yoxlama aparılıb.
AzVision.az-ın məlumatına görə, yoxlama tədbirləri nəticəsində Beyləqan rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Zöhrab Məmmədov vəzifəsindən kənarlaşdırılıb.

Beyləqan rayon Polis Şöbəsindən faktı təsdiq ediblər. Bildirilib ki, hələlik onun yerinə təyinat yoxdur.

Qeyd edək ki, Zöhrab Məmmədov Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun qardaşıdır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti