"Mən başa düşdüm ki, 4 ildir xəyanətə məruz qalıram"

   "Mən başa düşdüm ki, 4 ildir xəyanətə məruz qalıram"
  22 Aprel 2024    Oxunub:553
Rusiyalı artist Filipp Kirkorov Alla Puqaçova ilə boşanmasından danışıb.
Kirkorovun sözlərinə görə, o düşünürmüş ki, Alla ilə münasibətlərini heç nə poza bilməz. Ancaq komediya ustası Maksim Qalkin onun seçdiyi qadını oğurlayıb.

"O, Allaya qayğı göstərməyə başladı. Mən başa düşdüm ki, 4 ildir xəyanətə məruz qalıram. Bütün gözəl nağıl bir gecədə sona çatdı".

O, keçmiş həyat yoldaşına nifrət etmədiyini deyib. Çünki Puqaçova öz yarını tapıb.

Alla Puqaçova və Filip Kirkorov 10 il evli olublar. Hazırda Puqaçova Maksim Qalkinlə evlidir.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti