"Xəzri" "Sərhədçi"yə qalib gəlib

"Xəzri" "Sərhədçi"yə qalib gəlib
  01 May 2024    Oxunub:1026
Basketbol üzrə Azərbaycan çempionatında pley-off mərhələsinin oyunu keçirilib.
AzVision.az xəbər verir ki, 1/4 finalda "Xəzri" və "Sərhədçi" komandaları üz-üzə gəliblər.

Görüş birincilərin 98:64 hesablı qələbəsi ilə başa çatıb.

"Xəzri" qələbə nəticəsində seriyada 1:0 hesablı üstünlük qazanıb.

Komandalar arasında seriyanın II görüşü mayın 3-də keçiriləcək.

AzVision.az


Teqlər: idman   basketbol  





Xəbər lenti