Blinken İsraildə etirazçıların qarşısına çıxdı

   Blinken İsraildə etirazçıların qarşısına çıxdı
  01 May 2024    Oxunub:643
İsrailə səfərə gələn ABŞ dövlət katibi Antoni Blinken Qəzzada girovların tezliklə azad edilməsi tələbi ilə etiraz aksiyası keçirən bir qrup nümayişçi ilə görüşüb. Diplomat onları əmin edib ki, Vaşinqton oğurlanmış insanları evlərinə qaytarmaq üçün hər cür səy göstərəcək.
Bu barədə “The Jerusalem Post” məlumat yayıb. Qeyd olunub ki, Tel-Əvivdə dövlət katibinin qaldığı otel binasının yaxınlığında Fələstin anklavında girovlara dəstək üçün aksiya keçirilib. O, otelə yaxınlaşarkən əllərində İsrail və Amerika bayraqları tutmuş bir qrup etirazçının yanında dayanıb və onların əllərini sıxaraq qısaca danışıb.

"Sevdiklərinizi evə gətirmək bizim etməyə çalışdığımız hər şeyin əsasını təşkil edir və hamı - hər kişi, hər qadın, hərbçi, mülki, gənc, qoca - evə gələnə qədər dincəlməyəcəyik. HƏMAS hərəkatına girovlarla bağlı çox güclü təklif verilib. HƏMAS hə deməli və buna son qoymalıdır", - Blinken deyib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti