Tropillo vəfat etdi

Tropillo vəfat etdi
  01 May 2024    Oxunub:900
Sovet və rus musiqi prodüseri Andrey Tropillo 73 yaşında vəfat edib.
AzVision.az xəbər verir ki, onun ölümü ilə bağlı məlumatı sənətçinin qızı Polina Tropillo TASS-a təsdiqləyib. Qeyd edilir ki, Tropillo Finlandiya ölüb.

Qeyd edək ki, keçən əsrin səksəninci illərində “AnTrop” musiqi studiyasını yaradıb. Burada “Aquarium”, “Zopark”, “Kino”, “Strannıe iqrı”, “Alisa”, “Televizor”, "Nol" kimi qrupların albomlarını yazdıraraq buraxdırıb.

Səksəninci illərin sonlarında musiqiçi “Melodiya” şirkətinin Leninqrad filialının rəhbəri işləyib.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti