Kolumbiya Universitetində aksiya: 230-a yaxın adam tutuldu

   Kolumbiya Universitetində aksiya:    230-a yaxın adam tutuldu
  01 May 2024    Oxunub:588
Nyu-York polisi aprelin 30-da Kolumbiya Universitetində tələbə etirazları zamanı təxminən 230 nəfəri həbs edib.
Bu barədə CNN hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.Qeyd olunub ki, polis kampusda etirazçıların barrikada qurduğu binaya daxil olub. Mənbələr əlavə edib ki, universitetdən bir neçə məhəllə aralığında onlarla insan da həbs edilib. Polis həmçinin Kolumbiya Universitetinə bütün girişləri bağlayıb və baryerlər quraşdırıb.

Qeyd edək ki, ABŞ-ın Yaxın Şərqlə bağlı siyasətinə və universitetlərin İsrail şirkətləri ilə əməkdaşlığına etiraz edən tələbələrin aksiyaları ölkə boyu davam edir. Təkcə Kaliforniya Politexnik Universitetində 35 nəfər həbs olunub. Nizam-intizamın bərpası məqsədilə universitetin mayın 10-na kimi bağlanacağı bəyan edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti