Füzulidə yanğın baş verib: 1 nəfər zəhərlənib

 Füzulidə yanğın baş verib:  1 nəfər zəhərlənib
  01 May 2024    Oxunub:691
Füzulidə meydana gələn yanğın hadisəsi nəticəsində 1 nəfər tüstüdən zəhərlənib.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az -a verilən məlumata görə, rayonun 7 №-li Qayıdış qəsəbəsində “T-28” markalı traktora qoşulan 2 ədəd qoşqunun yanar hissələri, qoşqulara yığılan 6 ton ot bağlaması və yaxınlıqda 5 ədəd ağac yanıb.

Traktor və əraf ərazilər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: hadisə   yanğın   FHN  





Xəbər lenti