Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib

   Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
  01 May 2024    Oxunub:781
Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy ilə görüşüb.
AzVision.az xəbər verir ki, qonağı salamlayan nazir Azərbaycan-Rusiya münasibətlərinin bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində uğurla inkişaf etdiyini bildirib. Qeyd olunub ki, ölkəmiz Rusiya ilə mədəni əməkdaşlığa xüsusi diqqət yetirir.

Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoy Forumda iştirakından məmnunluğunu bildirib, müzakirə edilən mövzuların aktuallığına diqqəti çəkib.

Söhbət zamanı iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin inkişaf perspektivləri nəzərdən keçirilib. Ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Rusiyanın iştirakının əhəmiyyəti qeyd olunub.

AzVision.az


Teqlər: Mədəniyyət-Nazirliyi   Rusiya   görüş  





Xəbər lenti