Gürcüstan prezidenti müxalif deputatdan üzr istədi

Gürcüstan prezidenti müxalif deputatdan üzr istədi
  05 Oktyabr 2016    Oxunub:2434
Gürcüstan prezidenti Georgi Marqvelaşvili müxalif "Vahid milli hərəkat"ın deputatı Givi Tarqamadzenin Tbilisidə avtomobilinin partladılması nəticəsində xəsarət alanlardan üzr istəyib.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, prezident, həmçinin seçkilər ərəfəsində cinayətlərin qarşısının alınması üçün hüquq-mühafizə orqanlarını ayıqsayıq olmağa çağırıb.

Qeyd edək ki, ötən gün Gürcüstanın paytaxtı Tiflisdə sabiq prezident Mixail Saakaşvilinin partiyasının - "Vahid milli hərəkat"ın liderlərindən biri olan Givi Tarqamadzenin avtomobili partladılıb.

Hadisə nəticəsində sürücü və yoldan keçən iki nəfər zərər çəkiblər. Onların vəziyyətin ağır olduğu bildirilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti