Sumqayıtda hamilə qadın mikroba yoluxdurulub? - Rəsmi
“Bu fakt sübut olunmalıdır. Həmin hamilə qadın göstərişə uyğun olaraq qeysəriyyə əməliyyatı olunub. Döl böyük olduğundan həkimlər onu əməliyyat ediblər. O isə xəstəxanada qalmaq istəməyib və ərizə yazaraq evə gedib. Hazırda xəstə Ak.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında müalicə olunur və səhhəti normaldır”.
Xatırladaq ki, vətəndaş Fərqan Əliyev Sumqayıt şəhər 1 saylı Doğum Evində həkimlərin səhlankarlığı nəticəsində qeysəriyyə əməliyyatı olan həyat yoldaşına mikrob yolxudurulduğu və onun vəziyyətinin ağır olduğunu deyib. O bildirib ki, yenicə dünyaya gələn övladının mikroblu olduğunu bildirərək uşağa ağır antibiotiklər təyin ediblər. Hər hansı hərarəti olmayan və normal qidalanan uşağı müalicə adı ilə 5 gün xəstəxanada saxladıqdan sonra məlum olub ki, ananın da vəziyyəti yaxşı deyil. Doğuşdan sonra bunun normal olduğunu və qan itirdiyini bildirərək anaya 3 dəfə qan köçürülüb və antibiotiklər təyin edilib. 8 gündən sonra evə buraxılan ananın vəziyyəti kəskinləşib. Fərqan Əliyevin sözlərinə görə, xəstəxanada müayinə edilən həyat yoldaşının əməliyyat zamanı mikroba yoluxduğu məlum olub.
Aytən Zəhra
AzVision.az