Avropa Sarkisyana qarşı - Babayan Oskanyanla birləşir
Qəzet yazır ki, Robert Koçaryanın dövründə xüsusi xidmət orqanının rəhbəri olan Karlos Petrosyan da sabiq xarici işlər nazirinin yaratdığı partiyanın lehinə iş aparır.
“Bizdə olan məlumata görə, Karlos Petrosyan etiraf edib ki, Oskanyan Avropa İttifaqının səfirləri ilə son görüşü zamanı onların Ermənistanda keçiriləcək seçkilərdə tələsik qiymətləndirmə verməməsi ilə bağlı razılığa gəlib. Oskanyanın iddiasına əsasən Avropadan olan səfirlər seçkiqabağı proseslər zamanı müxalifətə dəstək verəcəklərinə dair söz verib”, - Jamanak yazır
Eldar Tanrıverdiyev
AzVision.az