ABŞ-a məxsus təyyarə təcili eniş etdi

ABŞ-a məxsus təyyarə təcili eniş etdi
  31 Oktyabr 2016    Oxunub:1943
Kanadanın Toronto şəhərinə uçan, "American Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Denver şəhərinin (Kolorado ştatı) hava limanına dönərək təcili eniş edib.
TASS agentliyinin verdiyi xəbərə görə, buna pilotların kabinəsindəki tüstülənmə səbəb olub.

Təyyarənin göyərtəsində 100 sərnişin və 5 ekipaj üzvü olub. Hadisə nəticəsində zərərçəkən yoxdur.

İnsidentin səbəbləri araşdırılır. Sərnişinlər digər təyyarə ilə Torontoya göndəriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti