Saakaşvilinin qarşısına şərt qoyuldu

Saakaşvilinin qarşısına şərt qoyuldu
  27 Fevral 2013    Oxunub:1963
Gürcüstan prezidenti Mixail Saakaşvili Xüsusi Dövlət Mühafizə Xidmətindən imtina edib.
Gürcü mətbuatına əsasən, İvanişvili hökuməti prezidentə maraqlı təklif verib. Həmin təklifə əsasən, şəxsi mühafizənin gücləndirilməsi qarşılığında Saakaşvili Konstitusiyaya dəyişikliklərin edilməsinə razılıq verməli idi. Lakin dövlət başçısı bu təklifi rədd edib.

Gürcüstan prezidentinin rəsmi nümayəndəsi Manana Mancqaladze bildirib ki, Mixail Saakaşvili özünü Konstitusiyadan yuxarı tutmadığına görə bu addımı atıb: “Səhər saatlarından Xüsusi Dövlət Mühafizə Xidməti prezidentin mühafizəsi ilə bağlı işini görmür. Lakin bu prezidentə əhali ilə görüçməyə mane olmayacaq”.


Teqlər:  





Xəbər lenti