Avropa Birliyi Misirə sanksiya qoydu

Avropa Birliyi Misirə sanksiya qoydu
  22 Avqust 2013    Oxunub:1077
Misirə silah və digər müdafiə xarakterli vasitələrin göndərilməsi dayandırılacaq.
AzVision.az xəbər verir ki, Avropa Birliyinin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton birliyin xarici işlər nazirləri ilə təcili danışıqlarından sonra bu bəyanatla çıxış edib.

Sanksiyanın məqsədi ölkə daxilində repressiya üçün istifadə olunması nəzərdə tutulan silah və istənilən müdafiə vasitələrinin Misirə göndərilməsinin qarşısının alınmasıdır.

“Biz istənilən zorakılıq aktlarını ittiham edirik. Ordu isə bu yaxınlarda həddən artıq zorakılığa yol verib” - Eşton bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti