Rus general Ermənistanda döyüş hazırlığını yoxladı

Rus general Ermənistanda döyüş hazırlığını yoxladı
  01 May 2017    Oxunub:5477
Rusiya Federasiyasının Cənub Hərbi Dairəsi qoşunlarının komandanı, general-polkovnik Aleksandr Dvornikov Rusiya aviasiya bölmələrinin “Erebuni” hərbi bazasında döyüş hazırlığını yoxlayıb. AzVision.az xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.
Təlimlər zamanı “Alagöz” təlim sahəsində MİQ-29 qırıcıları, Mİ-8 və Mİ-24 helikopterləri şərti düşmənin zirehli texnikalarına atəş açıb, həmçinin 200 metrdən 3000 metrədək məsafədə hava döyüşünü yerinə yetiriblər.

Elşad Novruzov
AzVision.az


Teqlər: Ermənistan   General   Təlim  



Xəbər lenti