İrəvanda hərbçilərlə polislər arasında kütləvi dava - YENİLƏNİB

İrəvanda hərbçilərlə polislər arasında kütləvi dava - YENİLƏNİB
  08 May 2017    Oxunub:3193
İrəvanda hərbçilərlə polislər arasında baş verən davanın təfərrüatları məlum olub.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan İstintaq Komitəsinin Hərbi baş istintaq idarəsində mayın 7-də İrəvanın Arabkir inzibati rayonunda baş verən kütləvi dava ilə əlaqədar istintaq başladılıb.

Shamshyan.com-un məlumatına görə, dava Araqatsodi vilayətinin sakini 26 yaşlı Andranik Mkrtçyan, İrəvan şəhərinin Babacanyan küçəsinin sakini 34 yaşlı Hovhannes Tadevosyan, Şirak vilayətinin Aşotsk kəndinin sakini 27 yaşlı Hakop Hakopyan, Araqatsodi vilayətinin Araqatsavan kəndinin sakini 23 yaşlı Vahe Asatryan, İrəvan şəhəri Tiqran prospektinin sakini 24 yaşlı Narek Ağayan, Araqatsodi vilayətinin İrind kəndinin sakini 33 yaşlı Karen Tadevosyan, İrəvan şəhərinin sakini 38 yaşlı Artak Sarkisyan, 32 yaşlı Zorayr Qalstyan, 39 yaşlı Hakop Chanyan və 33 yaşlı Armen Muradyan arasında baş verib.

Araşdırmalara görə, A. Mkrtçyan bölük komandiri, H. Tadevosyan baş kəşfiyyatçı, H.Hakopyan 3-cü qrupun komandir müavini, V. Asatryan müqaviləli hərbi qulluqçu, N. Ağayan müqaviləli kəşfiyyatçı-pulemyotçu, K. Tdevosyan müqaviləli kəşfiyyatçıdır.

Zərərçəkən yol polisləri Z.Qalstan 1-ci zabit taborunun 5-ci tağımında inspektor, A.Sarkisyan 1-ci zabit taborunun 5-ci tağımında baş inspektor, A. Muradyan isə Arabkir bölməsinin icma polis idarəsində baş inspektor vəzifəsində işləyir.

Müəyyən edilib ki, H.Tadevosyan dəyənəklə A. Muradyana zərbələr endirib. Bununla yanaşı o, İrəvan polis idarəsinin patrul xidmət alayının 2-ci taboruna məxsus 0202 nömrəli patrul avtomobilinə də ziyan vurub.

Zərəçəkənlərin bir hissəsi Aramyants tibb mərkəzinə, bir hissəsi isə Armenia tibb mərkəzinə yerləşdirilib. Hadisə nəticəsində, A.Mkrtçyan, H. Tadevosyan, H.Hakopyan, V.Asatryan, N.Ağayan və K. Tadevosyan tutularaq Arabkirin polis idarəsinə gətiriliblər.

***
(12:52)

Ermənistanın Müdafiə Nazirliyinin əməkdaşları yol polislərini döyüblər.

AzVision.azerməni KİV-lərinə istinadən xəbər verir ki, hadisə mayın 7-də İrəvanda, "Şərq mətbəxi" restoranının yaxınlığında baş verib.

Məlumata əsasən, saat 19:00 radələrində bir qrup hərbçi iki yol polis əməkdaşını ölümcül döyüb. Yaralı polislər "Aramyants" tibb mərkəzinə aparılıb.

Araşdırma zamanı məlum olub ki, döyülən polislər Ermənistan yol polis idarəsinin 1-ci zabit taborunun 5-ci tağımında xidmət edən baş inspektor 38 yaşlı Artak Sarkisyan və 32 yaşlı Zorab Qalstyandır.

Polisləri döyən hərbçilər arasında zabitlər, tağım komandiri də var.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   İrəvan   Dava  





Xəbər lenti