Milli Şuradan Əflan İbrahimova sərt mesaj

Milli Şuradan Əflan İbrahimova sərt mesaj
  02 Sentyabr 2013    Oxunub:1103
`Əflan ibrahimov adlı biri bizi Suriya variantındakı iğtişaşlar hazırlamaqda ittiham edir. Bu adamın özü təxribatçıdır, bizi də təxribatda günahlandırır`.

Bu fikirləri AzVision.az-a açıqlamasında El” hərəkatının sədr müavini Köçəri Nağıbəyli deyib. K. Nağıbəyli bildirib ki, Əflan İbrahimovla heç vaxt ünsiyyəti olmayıb:`Əflan İbrahimovun ittihamları ilə bağlı Baş Prokurorluqda 4 saat dindirildim. Verilən suallara aydınlıq gətirdim. Mən Əflan İbrahimovu tanımamışam. O `EL` hərəkatı yaranandan bir müddət sonra gəlib, özünü Rüstəm İbrahimbəyovun yaxın adamı kimi təqdim edib. Onun `El`-də heç bir vəzifəsi olmayıb. Çox keçmədi ki, bu adam kim olduğunu göstərdi. Bu adam `Realni Azərbaycan` qəzetinin avadanlığını oğurlayıb satıb. 1998 –ci ildə dələduzluq maddəsi ilə həbs olunub. 1993-cü ildə özünü Qobustanın qeyri-qanuni cra başçısı təyin edib. Mən bu adamın adını çəkib, ona şərəf vermək istəmirəm.`

Qeyd edək ki, “El” hərəkatının sədri Eldar Namazov və Köçəri Nağıbəyli sabiq Milli Şura üzvü Əflan İbrahimovun müraciəti əsasında Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində 4 saat ifadə verib.

Ə. İbrahimov kütləvi informasiya vasitələrinə açıqlamasında Milli Şuranın bəzi üzvləri tərəfindən ölkədə ictimai-siyasi sabitliyin pozulması, o cümlədən Bakı şəhərində və respublikanın digər bölgələrində seçki ərəfəsində iğtişaşlar törədilməsi ilə bağlı konkret tapşırıqların verildiyini bildirib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti