İvanişvili Azərbaycanla əməkdaşlıq barədə

İvanişvili Azərbaycanla əməkdaşlıq barədə
  02 Sentyabr 2013    Oxunub:1025
`Gürcüstan öz qonşuları üçün qarşılıqlı faydalı siyasi və iqtisadi əlaqələrin həyata keçirildiyi bir məkana çevrilməlidir`.
Gürcüstanın baş nazir Bidzina İvanişvili ölkəsinin xarici ölkələrə akkreditasiya olunmuş səfirləri və digər diplomatlar ilə görüşdə belə bir bəyanatla çıxış edib. Görüş Tbilisidə “Redisskon BLU İveriya” otelində baş tutub.

“O ki qaldı Gürcüstanın region ölkələri ilə, xüsusən də Azərbaycan, Türkiyə və Ermənistanla əlaqələrinə, hesab edirəm ki, ikitərəfli siyasi və iqtisadi əməkdaşlıq daha da möhkəmləndirilməlidir”-deyə Gürcüstanın baş naziri bildirib.

“Gürcüstan öz yaxı qonşuları üçün qarşılıqlı faydalı siyasi və iqtisadi əlaqələrin həyata keçirildiyi bir məkana çevrilməlidir. Mən öz ilk səfərlərimi məhz bu ölkələrdə gerçəkləşdirmişəm, bu ölkələrin siyasi liderləri ilə dostluq əlaqələri yaratmışam və bu məni çox sevindirir. Gücüstanın Azərbaycan, Türkiyə və Ermənistandakı səfirlərini də xoş qonşuluq əlaqələrini daha da inkişaf etdirməyə, möhkəmlətməyə çağırıram”-sitatın sonu.

Səbinə
AzVision.az




Teqlər:  





Xəbər lenti