Nadir şahın qılıncı oğurlanıb

Nadir şahın qılıncı oğurlanıb
  11 İyun 2017    Oxunub:3379
Dağıstanın Kubaçi kəndində muzeydən 90 qiymətli eksponat oğurlanıb.
Məlumata görə, “Kubaçi İncəsənət Kombinatı”ndan oğurlanan eksponatlar arasında Azərbaycan və İran şahı Nadir şahın qiyməti “qara bazar”da 1-2 milyon dollardan başlayan qılıncı, o cümlədən qədim daması da var.

Dağıstan Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, naməlum şəxs giriş qapısını qıraraq muzeyə daxil olub. Qiymətli eksponatların saxlandığı muzeydə siqnalizasiya sistemi, o cümlədən peşəkar mühafizəçilər olmayıb. (APA)

AzVision.az


Teqlər:





Xəbər lenti