"Rusiya Fransadakı seçkilərə müdaxilə edib" - ABŞ-ın dövlət katibi
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson Senatdakı dinləmələr zamanı sualları cavablandırarkən deyib.
Tillerson, həmçinin hesab edir ki, Rusiya NATO-nun zəif olmasında maraqlıdır.
Qeyd edək ki, Rusiya tərəfi dəfələrlə ABŞ xüsusi xidmət orqanlarının Moskvanın ABŞ, Fransa və Almaniyada seçkilərə müdaxilə etmək barədə bəyanatlarını rədd edib.
Eldar Tanrıverdiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


