Moskvada erməni iş adamı güllələnib

Moskvada erməni iş adamı güllələnib
  27 İyun 2017    Oxunub:1915
Rusiya paytaxtında erməni iş adamı güllələnib.
"RİA Novosti"nin verdiyi məlumata görə, hadisə Vereyski küçəsində baş verib. 57 yaşlı Vaçik Abqaryan öz ofisinin qarşısında atəşə tutulub. Sinəsindən yaralanan iş adamı xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilasedə bilməyiblər.

Vaçik Abqaryanın Moskvada “Kap-stroy” adlı tikinti şirkətinin sahibi olduğu bildirilir.

AzVision.az


Teqlər: Moskva   Atışma   Erməni   İş-adamı  



Xəbər lenti