Fransanın nüfuzlu qəzeti Zəhradan yazdı
“Hazırda Dağlıq Qarabağda müstəqilliyi Ermənistan tərəfindən hələ də tanınmayan qondarma muxtar respublika yaradılıb. Sözügedən münaqişə isə SSRİ dağılandan sonra on minlərlə insanın ölümünə səbəb olan ən qanlı münaqişələrdən hesab olunur. Hələ bu hamısı deyil. 1994-cü ildən bəri 1 milyon Azərbaycanli Ermənistan tərəfindən işğal olunan Dağlıq Qarabağdan qaçqın düşüb. Davamlı şəkildə baş verən qarşıdurmalar yüzlərlə insanın həyatına son qoyur. 2016-cı ildə imzalanan atəşkəs belə təəssüf ki balaca Zəhranın ölümünə mane ola bilmədi.
Təxribatlarına ara verməyən Ermənistan balaca qızın və yaşlı nənəsinin ölümündən məsul görünür. Beynəlxalq təşkilatların, eləcə də ATƏT-in qınaqlarına baxmayaraq Ermənistan işğalçı siyasətini yürütməkdə davam edir. Beynəlxalq ictimaiyyətin uzun illərdir davam edən etinasız mövqeyindən sonra, Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi daha fəal rol oynamağa başlayıb. Ən azından beynəlxalq hüququn pozulmaması naminə Ermənistana təzyiq göstərmək vaxtıdır”.
Yunus Aslan
AzVision.az