Ana və uşağını maşın vurub öldürdü - FOTOLAR

Ana və uşağını maşın vurub öldürdü - FOTOLAR
  15 İyul 2017    Oxunub:7740
Gəncənin Nizami Gəncəvi prospektində kimliyi məlum olmayan sürücü idarə etdiyi "QAZ - 3110" markalı avtomobillə şəhər sakini Aynurə Məmmədova və onun azyaşlı uşağını vurub.
AzVision.az xəbər verir ki, qadın aldığı xəsarətdən hadisə yerində keçinib. Azyaşlı xəstəxanaya aparılsa da, onun da həyatını xilas etmək mümkün olmayıb.

Qəzanı törədən sürücü avtomobili şəhərin Eminbəyli küçəsində saxlayaraq qaçıb.

Faktla bağlı araşdırma aparılır. (ARB TV)





AzVision.az


Teqlər: Gəncə   Qəza   Ölüm  





Xəbər lenti