AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İraqın vitse-prezidenti Nuri-əl-Maliki bildirib. Onun sözlərinə görə, əməliyyatlarda ordunun xüsusi təyinatlı dəstələri, federal polis qüvvələri, bölgədə fəaliyyət göstərən şiə könüllülərinin “Əl-Həşd əş-Şəəbi” qruplaşmasının silahlıları iştirak edib.
Qeyd edək ki, Mosulun azad edilməsi zamanı həyata keçirilən əməliyyatlarda 40 mindən çox Mosul sakini həlak olub.
AzVision.az