Macarıstanlı səfirin diplomatik fəaliyyəti başa çatıb

Macarıstanlı səfirin diplomatik fəaliyyəti başa çatıb
  21 İyul 2017    Oxunub:1199
Xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotskini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, İ.Laslotski diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.

E.Məmmədyarov səfirə gələcək fəaliyyətində uğurlar arzu edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Məmmədyarov   Macarıstan  





Xəbər lenti