Azərbaycanlılarla çeçenlər arasında dava - Ölən və yaralılar var
Hadisə təxminən səhər saat 5-də çeçenlərin travmatik silahdan atəş açması ilə başlayıb.
Məlumata görə, münaqişə məişət zəminində yaşanıb. Qarşıdurmadan sonra hadisə yerindən uzaqlaşan azərbaycanlılar çox keçmədən polis tərəfindən saxlanılıb. Avtomobildə 27-32 yaş arası 4 nəfər şəxs olub. Onların üzərinə və avtomobilə baxış zamanı 4 bıçaq, elektroşoker və tapança aşkar edilərək götürülüb.
İstintaq Komitəsinin paytaxt üzrə Baş İdarəsindən məlumat veriblər ki, insan ölümü ilə əlaqədar Rusiya Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü bəndi üzrə (ölümlə nəticələnən ehtiyatsızlıq səbəbindən qəsdən sağlamlığa ağır zərər vurma) cinayət işi açılıb.(Report)
AzVision.az