Tramp müharibə mesajı verdi: "Nüvə silahlarımız hazırdır"
“Ümid edirəm ki, ABŞ heç vaxt bu gücünü istifadə etmək məcburiyyətində qalmayacaq”.
Qeyd edək ki, son günlər Pxenyan və Vaşinqton arasında münasibətlər xeyli gərginləşib. Şimali Koreya bəyan edib ki, heç bir halda nüvə silahlarını və ya balistik raketlərini müzakirə predmetinə çevirməyəcəklər. Həmçinin bu silahaları ABŞ-dan başqa heç bir ölkəyə qarşı istifadə etməyəcəklər. Şimali Koreyadan gələn bu təhdidə ABŞ prezidentini Donald Trampın reaksiyası isə daha sərt olub.
Tramp bəyan etmişdi ki, Pxenyanın nüvə sınaqlarını davam etdirdiyi təqdirdə dünyanın indiyə qədər görmədiyi “atəş və qəzəblə” cavab veriləcək.
Bunun ardından Şimali Koreyanın rəsmi xəbər agentliyi “KCNA” Şimali Koreyanın Sakit Okeanda Amerika Birləşmiş Ştatlarına məxsus Quam adasına hərbi təcavüz planı üzərində işlədiyini açıqlayıb.
Elvin Abdulqədirov
AzVision.az
Teqlər: Şimali-Koreya Tramp ABŞ