Gürcüstanda xüsusi əməliyyat - Cəfərov qardaşları həbs edilib
Həbs olunanların qohumları və qonşuları bu ittihamın əsassız olduğunu bildiriblər.
Ailə üzvü Samrat Cəfərovun sözlərinə görə, narkotik vasitə qardaşlarını şərləmək məqsədilə evə atılıb. O, DİN-i qardaşlarını azad etməyə və müstəqil ekspertiza təyin etməyə çağırıb. Saxlanılan şəxslərin yaxınları baş verənlərin qonşularla mövcud münaqişə ilə bağlı olduğunu istisna etmirlər. (APA)
AzVision.az