Barselonada dəhşətli terror - 13 ölü + VİDEO (YENİLƏNİB)
Ölü sayının artacağı istisna edilmir.
***
(20:25)
İspaniyanın Barselona şəhərində naməlum sürücü idarə etdiyi mikroavtobusu kütlənin üzərinə sürüb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Las Ramblas turizm bölgəsində baş verib.
Hadisə nəticəsində azı 2 nəfərin öldüyü, 20 nəfərin isə yaralandığı, bildirilir. Məlumata görə, sürücü hadisə yerindən qaçıb.
İspaniya polisi olayı terror aktı kimi qiymətləndirib. Sakinlərə terror aktı törədilən ərazidən uzaq durmaq tapşırılıb. Barselonada metro stansiyaları və yaxınlıqdakı yollar bağlanıb.
AzVision.az