Barselonadakı terroru İŞİD törədib - Yenilənib
***
İspaniyanın Barselona şəhərində naməlum sürücünün idarə etdiyi mikroavtobusu kütlənin üzərinə sürməsi nəticəsində xəsarət alanların sayı 80-a yüksəlib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, əvvəl isə bu rəqəm 32 nəfər göstərilirdi.
Məlumata görə, terror törətməkdə şübhəli bilinən şəxslərdən biri atışma zamanı öldürülüb, digəri isə saxlanılıb.
Qeyd edək ki, Las Ramblas turizm bölgəsində baş vermiş hadisə nəticəsində 13 nəfər həlak olub.
AzVision.az