"Avropalılar özlərini dünyanın sahibi kimi aparmasınlar"

"Avropalılar özlərini dünyanın sahibi kimi aparmasınlar"
  29 Avqust 2017    Oxunub:1628
"Rusiya olmadan Avropa İttifaqının təhlükəsizliyini təmin etmək mümkün deyil"

AzVision.az-ın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Avropa Komissiyasının sədri Jan-Klod Yunker bəyan edib.

Onun sözlərinə görə, Avropa İttifaqı və Rusiya ikitərəfli münasibətlərin yaxşılaşdırılması üzərində işləməlidir.

“Bizə Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasını anlamaq lazımdır. Bu, Rusiyadan asılıdır, amma bu, bizdən də asılıdır. Lakin gələcək illər üçün Rusiya olmadan Avropanın təhlükəsizliyini qurmaq mümkün deyil”.

Yunker əlavə edib ki, avropalılar gərək özlərini dünyanın sahibləri kimi aparmasınlar: “Çünki, dünya arenasında Aİ-nin rolu azalır və azalmaqda davam edəcək”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:   Rusiya  





Xəbər lenti