Eldəniz Quliyev Baş Prokurorluğun zəngini gözləyir

Eldəniz Quliyev Baş Prokurorluğun zəngini gözləyir
  12 Sentyabr 2013    Oxunub:919
`Baş Prokurorluq Əflan İbrahimovun müraciətini araşdırır. Bir aya qədər araşdırma davam edəcək`.

`Bunu AzVision.az-a açıqlamasında Milli Şuranın üzvü Eldəniz Quliyev deyib. Onun sözlərinə görə, E. Quliyev Baş Prokurorluqdan çağırış gözləyir :

-Əflan İbrahimov mənim hansısa bir toplantıda çıxışımla bağlı Baş Prokurorluğa videogörüntü təqdim edib. Prokurorluq da bəyan edib ki, məsələ ilə bağlı araşdırma aparılır. Biz də həmin araşdırmaların nəticəsini gözləyirik. Çox güman ki, araşdırmalar zamanı mən də ifadə vermək üçün prokurorluğa çağırılacağam. Araşdırma bir ay müddətinə bitməlidir. Bu ay mən də Prokurorluğa çağrılacam`.

Qeyd edək ki, Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov və onun müavini Köçəri Nağıbəyli Prokurorluğa çağrılıb.

“El” hərəkatının sədri Eldar Namazovun sabiq müavini Əflan İbrahimov kütləvi informasiya vasitələrinə açıqlamasında Milli Şuranın bəzi üzvləri tərəfindən ölkədə ictimai-siyasi sabitliyin pozulması, o cümlədən Bakı şəhərində və respublikanın digər bölgələrində seçki ərəfəsində iğtişaşlar törədilməsi ilə bağlı konkret tapşırıqların verildiyini bildirib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti