Merkel etiraf etdi: "Rusiyasız mümkün deyil"
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, bunu Almaniyanın Kansleri Angela Merkel deyib.
Almaniya Kansleri vurğulayıb ki, NATO ilə Rusiya arasında qarşılıqlı münasibətlərin Əsas Aktının müddəalarının pozulmasına heç vaxt tərəfdar olmayıb. Avropanın təhlükəsizlik və müdafiə siyasəti nöqteyi-nəzərindən Rusiya ilə yaxşı əlaqələrin bərpası üçün ciddi səy göstərilməlidir.
“Buna nail olan zaman danışıqların miqyasını və intensivliyini bərpa etmək üçün başlanğıc nöqtəmiz olacaq”, - deyə Kansler əminliklə bildirib.
AzVision.az
Teqlər: Almaniya Merkel Rusiya