Koreya nüvə reaktorunu yenidən işə saldı

Koreya nüvə reaktorunu yenidən işə saldı
  12 Sentyabr 2013    Oxunub:948
ABŞ Şimali Koreyanın nüvə reaktorunu yenidən işə saldığını iddia edir.
AzVision.az BBC-yə istinadən xəbər verir ki, Şimali Koreya Yonben nüvə kompleksini yenidən işlətməyə başlayıb. Bu barədə ABŞ-ın tədqiqat institutu və rəsmisi peykdən çəkilən şəkillərə əsasən məlumat verib. Şəkillər avqustun 31-də əldə edilib. Şəkildən Şimali Koreyanın plutonium reaktorundan səmaya ağ rəngli tüstü qalxdığı müşahidə olunur. Məlumata görə, reaktor ildə 6 kiloqram plutonium istehsal edə bilir. Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyi bu barədə heç bir açıqlama verməyib.

AzVision.az


Teqlər:





Xəbər lenti