Erməni terrorçuya 12 il həbs cəzası verildi

Erməni terrorçuya 12 il həbs cəzası verildi
  07 Sentyabr 2017    Oxunub:1547
Moskva dairə hərbi məhkəməsi erməni terrorçu Aram Petrosyan barədə hökm çıxarıb.
AzVision.az "Ria Novosti"-yə istinadən xəbər verir ki, Aram Petrosyan terrorizmdə və girov götürməkdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib.

Dövlət ittihmaçısı Aram Petrosyanın 13 il müddətinə həbs edilməsini istəmişdi.

Qeyd edək ki, o, 2016-cı ilin avqustunda “Sitibank”ın Moskvanın mərkəzindəki filialında insanları girov götürərək, filialı partlatmaqla hədələmişdi. Sonradan hüquq-mühafizə orqanlarına təslim olan Petrosyan biznesinin müflisləşməsi məsələsinə diqqəti cəlb etmək istədiyini bildirmişdi.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ermənistan   Terror   Təxribat  





Xəbər lenti