İsrail "şiə dəhlizi"nin yaranmasına imkan verməyəcək

İsrail "şiə dəhlizi"nin yaranmasına imkan verməyəcək
  08 Sentyabr 2017    Oxunub:2333
"İsrail İran və Suriya arasında dəhlizin yaranmasının qarşısını almaq üçün mümkün olan hər şeyi edəcək"

AzVision.az TASS-a istinadən xəbər verir ki, bunu İsrailın müdafiə naziri Aviqdor Liberman bildirib.
“Biz İsrail olaraq Tehran və Dəməşq arasında şiə dəhlizinin yaranmasını qarşısını almaq üçün hər şeyi edəcəyik. Düşmənlərimizə İsrailin təhlükəsizliyinə zərər vermək imkanı yaratmamaqda qərarlıyıq”, - deyə Liberman vurğulayıb.

Qeyd edək ki, cümə axşamı hava aviazərbələri nəticəsində iki Suriya hərbçisi qətlə yetirilib.

Suriya Silahlı Qüvvələrinin Komandanlığı iddia edir ki, İsrail təyyarələri Livan ərazisindən Suriya ordusunun Masyaf şəhərində yerləşən mövqelərinə zərbələr endirib. İsrailin müdafiə naziri bu faktı nə təsdiq, nə təkzib edib.

Eldar Tanrıveridyev
AzVision.az


Teqlər: İsrail   İran   Suriya   Dəməşq  



Xəbər lenti