Meksika zəlzələsində ölənlərin sayı 100-ə çatır

Meksika zəlzələsində ölənlərin sayı 100-ə çatır
  12 Sentyabr 2017    Oxunub:1356
Meksikada zəlzələ nəticəsində ölənlərin sayı artıb.
AzVision.az xarici mətbuata istinadən bildirir ki, keçən həftə Meksika sahillərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 96-a çatıb.

Əvvəlki məlumatlarda qeyd edilirdi ki, zəlzələ nəticəsində 61 nəfər ölüb, 200 nəfər yaralanıb.

Qeyd edək ki,keçən həftə Meksika sahillərində 8,4 bal gücündə zəlzələ olub.

AzVision.az


Teqlər: Meksika   zəlzələ  



Xəbər lenti