“Qarabağ Türkiyənin də problemidir” – Erkan Özoral

“Qarabağ Türkiyənin də problemidir” – Erkan Özoral
  15 Sentyabr 2017    Oxunub:4106
"Azərbaycanın ən böyük yarası olan Dağlıq Qarabağ Türkiyənin də problemidir"

.AzVision.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə açıqlamasında deyib.
Səfirin sözlərinə görə, iki dövlət həmişə birlikdə olarsa, daha da güclənəcək:

"Biz qardaş dövlətlərik. Dağlıq Qarabağ problemini də birlikdə həll etməyə davam edirik. Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü isə Türkiyənin gücüdür".

Səfir eyni zamanda vurğulayıb ki, hərbi əməkdaşlığı artırmaq üçün Azərbaycan və Türkiyənin silahlı qüvvələri arasında yaxın münasibət təmin edilməlidir: "Bu yöndə də fəaliyyətlər davam edir və iki ölkənin silahlı qüvvələri arasındakı münasibətlər yaxşılaşır"

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Türkiyə   Erkan-Özoral  





Xəbər lenti