Kəmaləddin Heydərov zəlzələ bölgəsinə baş çəkib

Kəmaləddin Heydərov zəlzələ bölgəsinə baş çəkib
  14 Sentyabr 2013    Oxunub:1103
Nazir Kəmaləddin Heydərov zəlzələ baş vermiş şimal-qərb bölgəsində istifadəyə verilən yeni məktəblərin açılışlarında iştirak edib.

Ölkənin şimal-qərb bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən kompleks tədbirlər davam etdirilir. Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov sentyabrın 13-də yenidən zəlzələ bölgəsinə səfər edib. Zəlzələdən zərər çəkmiş Qax rayonundakı 300 yerlik Güllük kənd, Zaqatala rayonunun Suvagil kəndindəki 500 yerlik 1 saylı və Çobankol kəndindəki 220 yerlik tam orta məktəblərin açılışlarında iştirak edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov hər üç məktəbin müəllim və şagird kollektivlərini təbrik edib, onlara uğurlar arzulayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti