Vitali Kliçko yenidən Bakıya gəlir

Vitali Kliçko yenidən Bakıya gəlir
  27 Sentyabr 2017    Oxunub:4204
Ukraynanın Kiyev Şəhər Dövlət Administrasiyasının başçısı Vitali Kliçkonun oktyabrın 1-də Bakıya səfəri planlaşdırılır.
V.Kliçkonun səfəri çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyində görüşlər nəzərdə tutulur.

Görüşlərdə Bakı ilə Kiyev arasında əməkdaşlığın inkişaf perspektivləri, o cümlədən iqtisadi, siyasi, elmi, mədəni əlaqələr müzakirə ediləcək.

Qeyd edək ki, Kiyev Şəhər Dövlət Administrasiyasının başçısı Vitali Kliçko aprel ayında da Bakıya səfər etmişdi.(AzərTac)

AzVision.az


Teqlər: Ukrayna   Azərbaycan  





Xəbər lenti