Türkiyədə daha bir terakt törədilib - Ölən və yaralılar var

Türkiyədə daha bir terakt törədilib - Ölən və yaralılar var
  02 Oktyabr 2017    Oxunub:2428
PKK terrorçuları Türkiyənin Şırnak-Cizre avtomobil yolunun tunelində təhlükəsizliyi təmin edən əsgərlərə hücum edib.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, terror aktı nəticəsində bir hərbiçi və bir təhlükəsizlik qarovulu şəhid olub. Hücum zamanı yaralanan 4 qarovul xəstəxanaya çatdırılıb.

Məlumata görə, təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədilə bölgəyə əlavə qüvvə göndərilib.

AzVision.az


Teqlər: Türkiyə   Terror  





Xəbər lenti