Türkiyə “Eurovision”da iştirak etməyəcək

Türkiyə “Eurovision”da iştirak etməyəcək
  15 Sentyabr 2013    Oxunub:1186
“TRT” televiziyasının rəhbərliyi “Eurovision” mahnı müsabiqəsində bal vermə sistemində dəyişiklik edilmədiyi təqdirdə, Türkiyənin bu il də həmin yarışmada iştirak etməyəcəyini açıqlayıb.
AzVision.az “Haberturk”ə istinadən xəbər verir ki, rəhbərlik iddia edir ki, Türkiyə əslində müsabiqələrdə sms-lərlə yüksək ballar toplayır, lakin həmin səslər jüri rəylərinin hesabına aşağı salınır.

Səsvermə sistemində gözlədiyimiz dəyişikliklər nəticəsiz qalarsa, Türkiyə bu yarışmaya qatılmayacaq, deyə rəhbərlikdən verilən açıqlamada bildirilib.

The Independent qəzeti isə “Eurovision” mahnı müsabiqəsində rüşvət və səslərin oğurlanması iddialarına zarafatla cavab verib. Qəzet yazır ki, hazırda Eurovision iştirakçıları sıfır bal toplamaq təhlükəsiylə qarşı-qarşıya qalıb.



Teqlər:  



Xəbər lenti